Messi PSJ-də nə vaxt debüt edəcək?

14:47 - 24 Avqust 2021

Lionel Messinin PSJ-də debüt edəcəyi vaxt bəlli olub.

Sportal.az xəbər verir ki, argentinalı hücumçu Paris klubunda ilk oyununu avqustun 29-da keçirəcək. O, Fransa Liqa 1-də "Reyms"ə qarşı forma geyinə biləcək.

Qeyd edək ki, Messi PSJ ilə 2+1 şərtilə müqavilə imzalayıb. Paytaxt klubu yeni mövsümdə 3 turdan sonra 9 xalla çempionatın lideridi.

Xəbər xətti