"Yuventus"un yarımmüdafiəçisi zədələndi

20:16 - 25 Avqust 2021

İtaliyanın “Yuventus” daha bir ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Aaron Remzi zədələnib. Məşq zamanı zədələnən uelsli futbolçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
 
Xatırladaq ki, Remzidən öncə komandanın yeni transferi Kayo Jorje də zədələnmişdi. Onun da təxminən bir ay oynamayacağı bildirilir.

Xəbər xətti