Çempionlar Liqası: qrup mərhələsinə yüksələn son komandalar müəyyənləşdi

10:51 - 26 Avqust 2021

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, qrup mərhələsinə yüksələn son üç komanda müəyyənləşib. Belə ki, Moldovanın "Şerif", Ukraynaın "Şaxtyor" və Avstriyanın "Zalsburq" klubları adlarını qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yazdırıb.

 

25 avqust

Çempionlar Liqası
 
Pley-off mərhələsinin cavab oyunları

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa) - 2:2
Qollar: Marlos, 74, Ruben Aguilar, 114-avtoqol - Vissam Ben-Yedder, 18. 39
İlk oyun - 1:0

 

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) - 0:0
İlk oyun - 0:3

 

23:00. "Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya) - 1:2
Qollar: Andreas Maxso, 62 - Benjamin Sesko, 4. Brenden Aaronson, 10
İlk oyun - 1:2

 

Xatırladaq ki, ötən gün keçirilən oyunlarla "Malmö", "Benfika" və "Yanq Boyz" qrup mərhələsinə adlayıb.

Xəbər xətti