Mahir Emreli "Slaviya"ya qarşı start heyətdə

22:00 - 26 Avqust 2021

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Polşa təmsilçisi Çexiyanın "Slaviya" klubunu qəbul edəcək. Bakı vaxtilə saat 23:00-da başlayacaq qarşılaşmaya Emreli start heyətdə başlayacaq.

 

Qeyd edək ki, bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb. Emreli həmin görüşdə komandasının ilk qolunu vurub.

Xəbər xətti