"Qalatasaray"ı qrup mərhələsinə yüksəldən qələbə - VİDEO

13:06 - 27 Avqust 2021

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray" öz meydanında Danimarkanın "Randers" klubunu qəbul edib. Matç "sarı-qırmızılar"ın 2:1 hesablı qələbəsiylə başa çatıb.

Bu komandalar arasındakı ilk oyun 1:1 hesablı bərabərliklə başa çatdığı üçün "Qalatasaray" qrup mərhələsinə vəsiqə qazanıb.

 

"Qalatasaray" - "Randers" 2:1

Qollar: Patrik Van Anholt, 48, Frederik Lönborq, 59 (avtoqol)  - Marvin Eqo, 11

 

Xəbər xətti