Ayaz Quliyev "Axmat"a qarşı 90 dəqiqə oynadı

14:28 - 27 Avqust 2021

Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” səfərdə “Axmat”la qarşılaşıb. Tula təmsilçisi bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Arsenal” geridə qalan 6 turda cəmi 4 xal toplayıb və 16 kollektiv arasında 15-cidir.

Xəbər xətti