David Luis keçmiş komandası ilə danışıqlara başladı

20:51 - 29 Avqust 2021

"Arsenal"dan ayrılan David Luis karyerasını Portuqaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Benfika" ilə danışıqlara başlayıb.

 

Braziliyalı müdafiəçi 2007-2011-ci illərdə "Benfika"da çıxış etmişdi.

Xəbər xətti