Rüstəm "Şaxtyor"a qol vurdu, komandası xal qazandı

23:45 - 29 Avqust 2021

Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” evdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

 

Rüstəm start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 76-cı dəqiqədə məhz millimizin hücumçusu vurub. Eldar isə 61-ci dəqiqədə meydana buraxılıb. O, 90+1 və 90+6-cı dəqiqələrdə aldığı sarı vərəqələrə görə meydandan qovulub.

 

Ehtiyatda 1 oyunu olan “Minay” 5 xalla 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti