"Barselona"nın iki futbolçusu zədələndi

14:46 - 30 Avqust 2021

İspaniyanın “Barselona” klubunun iki futbolçusu sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxio Roberto və hücumçu Martin Breytveyt zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

La Liqanın 3-cü turunun “Xetafe” ilə matçında (2:1) zədələnən futbolçuların son durumu tibbi müayinədən sonra bilinəcək.

Xəbər xətti