Mahir Emreli ən yaxşı seçildi

10:00 - 31 Avqust 2021

"Legiya"nın Polşa Ekstraklasasının 6-cı turunda "Krakov"la matçda ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az legia.net-ə istinadla xəbər verir ki, Mahir Emreli azarkeşlər arasında səsvermədə 5,83 bal toplayaraq görüşün ən yaxşısı seçilib.

 

Qarşılaşma "Legiya"nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Emreli 66-cı dəqiqədə qol vursa da, qayda pozuntusu qeydə alınıb.

Xəbər xətti