Azərbaycanda futzal çempionatının başlayacağı tarix açıqlandı

17:27 - 1 Sentyabr 2021

Futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, mərasim sentybarın 16-da, saat 12:00-da, Bakı İdman Sarayının Mətbuat konfransı otağında təşkil olunacaq. Yeni mövsümə isə sentyabrın 24-də start veriləcək.

 

Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə iştirak üçün 8 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19 - qeydiyyatdan keçib.

Xəbər xətti