"Neftçi"nin futbolçusu Yunanıstan klubunda

19:52 - 1 Sentyabr 2021

“Neftçi”  futbolçu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında Bakı təmsilçisinin heyətində çıxış edəcək.

 

Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

Xəbər xətti