"Neftçi" Maçado ilə müqavilə müddətini açıqladı

21:03 - 1 Sentyabr 2021

“Neftçi” hücumçu transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, raziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı futbolçu komandamızın heyətində 91 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

Xəbər xətti