Azərbaycan çempionatında "transfer pəncərəsi"nin vaxtı uzadıldı

13:53 - 2 Sentyabr 2021

Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün transfer pəncərəsi dönəminin vaxtı artırılıb.

 

Sportal.az xəbər verir ki, klublar oyunçuların transferini və qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, oktyabrın 10-dək həyata keçirə bilərlər. Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Futzalda transfer pəncərəsi dövrü iyulun 5-də açılıb.

Xəbər xətti