Futzal millimizin rəqibləri müəyyənləşdi

11:58 - 4 Sentyabr 2021

Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, B qrupunda mübarizə aparacaq millimiz Belarus və Qırğızıstan komandaları ilə qarşılaşacaq.

 

Millimizin oyunlarının təqvimini və yarış üçün heyətə dəvət olunmuş futbolçuların siyahısı aşağıdakı kimidir.
 

7 sentyabr

16:00. Belarus – Azərbaycan
 
9 sentyabr

18:00. Azərbaycan – Qırğızıstan
 

Qeyd edək ki, baş məşqçi Ağatahir Əzimov Kazanda keçiriləcək oyunlarda bu futzalçıların xidmətindən istifadə edəcək: Nazim Rəhimov, Fariz Mehrəliyev, Xəzər Ağalızadə, Azər Fərmanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fərid Mikayılov, Asiman Yusubov, Şahmar Cəfərli, Əli Mahmudov, Elgün Rzayev, Mirzə Əmirov, Şaiq Vəlizadə, Fuad Məmmədzadə.

Xəbər xətti