"Təhlükəli biz deyil, futbolu idarən şəxslərdir"

18:27 - 4 Sentyabr 2021

"Qalatasaray"dan ayrılan Radamel Falkao İspaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçu karyerasının ən gözəl illərini "Portu" və "Atletiko"da keçirdiyini qeyd edib və maraqlı məqamlara toxunub:

 

"Oynadığım hər yerdə həzz almağa çalışdım. İşimi görərkən hər yerdə uğurlu olmasam da, əlimdən gələni edirdim. Karyeramın ən gözəl illərini "Portu" və "Atletiko"da keçirtmişəm. Orada əldə etdiklərim məni çox qürurlandırır.

 

Bu gün futbolçular öz taleyini müəyyənləşdirə bilmirlər. Futbolçunun təkbaşına seçim etməsi üçün kifayət qədər şansı olmur. Məsələn, çoxlu idman jurnalistləri olan dostlarım var. Onlara deyirəm ki, niyə ESPN, CNN və ya digər böyük TV və qəzetlərdə çalışmırsız? İstəmədiyim hallarla dəfələrlə rastlaşdım.

 

Mən başqa yerə getməyə hazırlaşıram, amma işin sonunda tam fərqli yerə yollanmaq məcburiyyətində qalıram. İnsanları futbolçuların təhlükəli olduğuna inandırmağa çalışırlar. Ancaq təhlükəli biz deyil, futbolu idarən şəxslərdir. Futbolçu karyeramı bitirəndən sonra bəlkə iş adamı olaram. Ancaq futbolun içində olmaq istəmirəm. Ölkəm Kolumbiyada çalışmaq istəyərəm".

Xəbər xətti