Dadaşov "Şalke"də növbəti qolunu vurdu

20:37 - 5 Sentyabr 2021

Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası evdə “Vegberq Beek” ilə qarşılaşıb və qalib gəlib - 2:0.

 

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu 68-ci dəqiqədə məhz Dadaşov vurub.

 

“Şalke-2” 7 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti