Aquero 10 nömrəli formadan niyə imtina edib?

18:15 - 6 Sentyabr 2021

"Barselona"nın yeni transferi Serxio Aquero komandada 10 nömrəli formada çıxış etməkdən imtina edib.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu bunun səbəbini açıqlayıb:

 

"Bəli, mənə 10 nömrəli forma təklif edildi, ancaq razılaşmadım. Lionel Messiyə olan hörmətimə görə bu təklifi qəbul etmədim".

 

"Barselona"da 10 nömrəli formada çıxış etmiş Messi bu yay PSJ-yə keçib. Həmin nömrəni isə Ansu Fati götürüb.

Xəbər xətti