Bülənt Qorxmazın yeni iş yeri

15:25 - 6 Sentyabr 2021

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, komandanı bundan sonra Bülənd Qorxmaz çalışdıracaq. 52 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu postda Çağdaş Atanı əvəzləyib.

 

Qorxmaz son olaraq "Konyaspor"u çalışdırıb. O, 2009-2010-cu illərdə "Bakı" klubunun da baş məşqçisi olub.

Xəbər xətti