"Beşiktaş" qolçusunu satır

12:39 - 7 Sentyabr 2021

Türkiyənin "Beşiktaş" klubu hücumçu Kayl Larinlə yollarını ayırır.

 

Sportal.az xəbər verir ki, buna səbəb tərəflərin yeni müqavilə ilə bağlı maliyyə məsələsində razılığa gələ bilməsməsidi. "Qara qartallar" kanadalı forvarda illik 2 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edib. 26 yaşlı qolçu bu təklifi qəbul etməyib.

 

Belə olan halda "Beşiktaş" Larini satmaq qərarına gəlib. İstanbul təmsilçisi futbolçuya 10 milyon avro qiymət qoyub.

 

Qeyd edək ki, Kayl Larin ötən mövsüm "Beşiktaş" forması ilə meydana çıxdığı 38 matçda 19 qol, 6 asistlik performansla komandasının çempionluğunda önəmli rol oynayıb.

Xəbər xətti