Ronaldo: "Mbappe ilə oyun üslubumuz bənzəyir"

14:20 - 7 Sentyabr 2021

Braziliyalı əfsanəvi futbolçu Ronaldo Nazario İtaliya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb. O, fransalı futbolçu ilə öz oyun üslubunun bənzər olduğunu bildirib:

 

"Mbappe ilə oyun üslubumuz bənzəyir. Çox keyfiyyətli, inanılmaz bir texnikası var. Yüksək sürətlə qaçarkən bunu necə idarə edə biləcəyini bilir. Hələ çox gəncdi, amma karyerasında xeyli yol qət edib. Onu bəyənirəm və dəstəkləyirəm".

Xəbər xətti