Fernandu Santuş: "Azərbaycan millisi bizə oynamağa geniş sahə verdi"

22:49 - 7 Sentyabr 2021

DÇ-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Portuqaliya matçından sonra qonaq komandanın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

- Bu gün kifayət qədər qol imkanı yaratdıq. Azərbaycan millisinə daha çox qol vura bilərdik. Sadəcə, dəqiqlik çatmadı. Əks halda, hər şey daha fərqli ola bilərdi. Oyun bizim üçün uğurlu alındı. Matçın müəyyən hissəsində bəzi şeylər bizim üçün yaxşı getmədi. Bununla belə, düşünülmüş hücumlar qurub, qollar vurduğumuzu fikirləşirəm. Çox yaxşı kollektivimiz var

 

- Matçdan öncə Canni De Byazi bildirdi ki, biz Albaniya yığması ilə Portuqaliyanı məğlub etdikdən sonra Fernandu Santuş baş məşqçi təyin olundu və hələ də mənə Portu şərabı borcludu. Bu gün rəqibinizin sizə ciddi müqavimət göstərə bilməməsi onun növbəti jesti idimi? Bir də hədiyyəsini verəcəksizmi?
- Onun sayəsində yox, federasiya prezidentinin sayəsində baş məşqçi olmuşam. Portu şərabı ilə bağlı məlumatım yox idi. Çalışaram. Bir daha qeyd edim ki, çox yaxşı baş məşqçiniz var.

 

- Azərbaycana evdə Ronaldo ilə minimal hesabla qalib gəlmişdiz. Səfərdə Ronaldosuz daha rahat qələbə qazandız. Necə müqayisə aparardız, həlledici amil nə oldu?
- Əsas fərq odu ki, bu gün biz çox tez qol vurduq. Orada rəqib 6 ilə müdafiə ilə çıxış edirdi. Bu dəfə isə geniş sahəmiz çox oldu.

Xəbər xətti