Qara Qarayev: "Siz daha çox qalibiyyətlərə layiqsiz"

12:30 - 8 Sentyabr 2021

Milli komandamızın futbolçusu Qara Qarayev DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya 0:3 hesablı məğlubiyyətdən sonra instaqram səhifəsində paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi azarkeşlərə təşəkkür edib. "Qarabağ"ın oyunçusu bu sözləri qeyd edib: "Bütün azarkeşlərə təşəkkür edirəm. Heç şübhəsiz ki, siz daha çox qalibiyyətlərə layiqsiz".

 

Qeyd edək ki, qarşılaşmadan sonra millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Təmkin Xəlilzadə azarkeşlərdən üzr istəyib.

Xəbər xətti