Türkiyə klubu El Maestroya tapşırıldı

13:55 - 8 Sentyabr 2021

Türkiyənin "Göztəpə" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İzmir təmsilçisini Nestor El Maestro çalışdıracaq. Serbiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. El Maestro bu gün komandanı məşqə çıxaracaq.

 

38 yaşlı çalışdırıcının son iş yeri Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubu olub.

 

Qeyd edək ki, Nestor El Maestro bir neçə gün əvvəl istefaya göndərilən Ünal Karamanı əvəz edib.

Xəbər xətti