Andre Silva millimizi məğlub etmələrindən danışdı

14:56 - 8 Sentyabr 2021

Portuqaliya millisinin hücumçusu Andre Silva DÇ-2022-nin seçmə mərhələsində Bakıda Azərbaycana 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 2-ci qolun müəllifi olan "Leyptsiq"in futbolçusu qələbəni şərh edib:

 

"İlk dəqiqədən sona qədər yaxşı mübarizə apardıq. Qarşılaşma bütün komanda və mənim üçün yaxşı keçdi. Qol vurmaq isə həmişə yaxşıdır. Start heyətdə kimlərin yer alacağı dəqiq deyil. Mən və komanda yoldaşlarım əlimizdən gələni edirik. Rəqiblərimiz çətindir və bütün görüşlər bizim üçün finala bərabərdir. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıda daha 3 oyunumuz qalıb".

Xəbər xətti