"Arsenal" "Qalatasaray"ın təklifini qəbul etmədi

19:41 - 8 Sentyabr 2021

"Arsenal" yarımmüdafiəçisi Məhəmməd Elnennini "Qalatasaray"a buraxmayıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "sarı-qırmızılar"ın icarə təklifini geri çevirib. Komandanın baş məşqçisi Mikel Arteta Misir millisinin üzvünü bu mövsüm planlarında gördüyü üçün belə qərar verilib.

 

29 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Bazel"dən "Arsenal"a 12,5 milyon avroya keçib. Elnenni 2019/2020 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirmişdi.

Xəbər xətti