Falkao yeni klubuna keçidindən danışdı

21:10 - 8 Sentyabr 2021

"Qalatasaray"dan ayrılıb İspaniyanın "Rayo Valyekano" klubuna keçən Radamel Falkao açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı kolumbiyalı hücumçu hədəflərindən danışıb:

 

"Bu keçidimə görə çox xoşbəxtəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm və böyük ruhu olan komandanın bir parçası olmaq istəyirəm. Özümə güvənirəm. Mövsümün əvvəlində yaxşı məşqlər etmişəm, toplanışda olmuşam. Fiziki cəhətdən hazırlıqlarım yaxşı keçib. Yaxşı tanıdığım komandaya gəlmişəm. La Liqaya da yaxşı bələdəm". 

Xəbər xətti