Qrizmann Platiniyə çatdı

22:32 - 8 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Fransa - Finlandiya (2:0) oyunu meydan sahiblərinin hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, görüşdə dubla imza atan futbolçu bununla da ölkəsinin əfsanəvi veteran futbolçusu Mişel Platiniyə çatıb.

Fransa millisinin heyətində vurulan qolların sayına görə Qrizmann və Platini 41 qolla 3-cü yeri bölüşdürürlər.

Siyahıya 51 qolla Tyeri Anri başçılıq edir. İkinci yerdə 46 qolla Olivye Jiru qərarlaşıb.

Xəbər xətti