"Mançester Yunayted"in çempion olmaması üçün bir səbəb qalmayıb"

14:12 - 9 Sentyabr 2021

"Mançester Yunayted"in keçmiş futbolçusu Ueyn Runi Kriştiano Ronaldonun "qırmızı şeytanlar"a qayıtmasından danışıb.

 

Sportal.az xəbər verir ki, veteran hücumçu portuqaloyalı futbolçunun komandanı çempionluğa daşıyacağına inandığını bildirib:

 

"Hazırda Premyer Liqada qol vurmaq İtaliya A Seriyası və İspaniya La Liqası ilə müqayisədə daha çətindir. Ancaq Ronaldo İrlandiya ilə matçda qollar vurmağı bacardı. Mən inanıram ki, Kriştiano çoxlu qollar vuracaq və komandanı çempionluğa aparacaq. O, Premyer Liqa üçün də böyük şansdır. Çempionat üçün fərq yaradacaq. Bu mövsüm "Mançester Yunayted"in çempion olmaması üçün bir səbəb qalmayıb".

Xəbər xətti