Türkiyə millisinin keçmiş üzvü karyerasını başa vurdu

18:18 - 9 Sentyabr 2021

Türkiyə millisinin keçmiş üzvü Olcay Şahan karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.

 

Şahan son olaraq "Yeni Malatyaspor"da çıxış edib. O, futbol karyerasına Almaniyada başlayıb, "Bayer", "Borussiya" (Mönhenqladbax) və "Fortuna"da oynayıb. Olcay ən böyük uğurlarını 2012-2017-ci illərdə oynadığı "Beşiktaş"da qazanıb. O, millidə 29 oyun keçirib.

Xəbər xətti