"Başakşəhər"in Xames Rodriqes arzusu reallaşmadı

18:56 - 9 Sentyabr 2021

"Everton"un yarımmüdafiəçisi Xames Rodriqes "Başakşəhər"ə keçməyə razılaşmayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı futbolçunu icarəyə götürmək istəsə də, keçid reallaşmayıb. Mersisayd klubu 30 yaşlı oyunçunu icarəyə verməyə razı olub, ancaq Xames Türkiyə təmsilçisinə keçmək istəməyib.

 

Xames Rodriqes ötən mövsüm Liverpul klubunda keçirdiyi 26 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti