"Qarabağ"la "Neftçi"nin 84-cü dueli

20:20 - 9 Sentyabr 2021

Premyer Liqanın 3-cü turunda “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu, komandaların çempionatda 84-cü oyunu olacaq. Buna qədər 30 dəfə “Qarabağ”, 23 dəfə “Neftçi” qalib gəlib. Komandalar 30 oyunda isə meydanı bərabərliklə tərk edib. Qələbə sayında olduğu kimi, top fərqində də “Qarabağ”ın üstünlüyü var - 92-76.

 

Sentyabrın 12-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 20:30-da başlayacaq.

Xəbər xətti