"Mançester Yunayted"ə istirahətə gəlməmişəm" - Ronaldo

23:23 - 9 Sentyabr 2021

"Mançester Yunayted"in yeni transferi Kriştiano Ronaldo 12 il sonra "Old Trafford"a qayıtdı.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı portuqaliyalı hücumçu "qırmızı şeytanlar"a qayıdışını şərh edib:

 

"Mançester Yunayted"ə istirahətə gəlməmişəm. Yenidən qazanmaq üçün burdayam. Komanda yoldaşlarım və mən hazıram. Bunu bacara bilərik. Önümüzdəki 3-4 ildə möhtəşəm hadisələrin baş verəcəyini hiss edirəm".

 

"Mançester Yunayted" Ronaldo üçün "Yuventus"a 15 milyon avro təzminat ödəyib.

Xəbər xətti