Millimizdən böyükhesablı qələbə

15:10 - 10 Sentyabr 2021

Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, 5-ci yer uğrunda qarşılaşmada moldovalı həmyaşıdları ilə üz-üzə gələn komandamız 10:5 hesablı qələbə qazanıb.

 

Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubl edib. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurub.

Xəbər xətti