"Çelsi" Pulişiçi itirdi

14:16 - 11 Sentyabr 2021

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Kristian Pulişiç sıradan çıxıb. 23 yaşlı futbolçu ABŞ millisinin düşərgəsində zədələnib.

 

“Zadəganlar”ın baş məşqçisi Tomas Tuxel Premyer Liqanın 4-cü turunun “Aston Villa” ilə matçından əvvəl baş tutan mətbuat konfransında yarımmüdafiəçinin azı 10 gün sonra məşqlərə başlayacağını bildirib.

Xəbər xətti