"Barselona"da Kuman ilə bir il daha itirə bilməzdim"

15:17 - 11 Sentyabr 2021

"Beşiktaş"ın yeni transferi Miralem Pyaniç İtaliya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, bosniya və herseqovinalı yarımmüdafiəçi oynamaq istədiyi üçün İstanbul təmsilçisinə keçdiyini deyib:

 

"Beşiktaş" transfer pəncərəsinin son günlərində məni çox istədi. "Barselona"da Kuman ilə bir il daha itirə bilməzdim. Çünki, oynamaq istəyirdim. "Beşiktaş" məni yaxşı qarşıladı. Mənim üçün möhtəşəm macəra olacaq".

 

Pyaniç Kriştiano Ronaldo və Lionel Messi haqda da danışıb. 31 yaşlı futbolçu onlarla birlikdə oynadığı üçün özünü şanslı hesab etdiyini bildirib:

 

"Həm Ronaldo, həm də Messi ilə oyandığım üçün özümü şanslı hesab edirəm. Bir-birilərindən çox fərqlidirlər, həm də çox bənzəyirlər. Rəqabət aparmaq və qazanmaq üçün yarışırlar".

Xəbər xətti