"Bazel" "Qarabağ"la oyun öncəsi azarkeşlərə müraciət etdi

17:10 - 11 Sentyabr 2021

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel" (İsveçrə) Ağdam təmsilçisi ilə Bakıda keçirəcəkləri matç öncəsi azarkeşlərinə müraciət edib.

 

Sportal.az xəbər verir ki, İsveçrə təmsilçisi azarkeşlərini stadionda komandaya dəstək olmağa səsləyib. Bakı Olimpiya Stadionunda 308-ci sektor qonaq komandanın azarkeşləri üçün ayrılıb.

 

Sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.

Xəbər xətti