Ronaldo: "Bura hədəflədiyin hər şeyi qazanmaq üçün sehrli bir yerdir"

18:43 - 12 Sentyabr 2021

12 il sonra "Mançester Yunayted"ə qayıdan Kriştiano Ronaldo ilk oyununda "Nyukasl"a 2 qol vurmağı bacardı.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı portuqaliyalı hücumçu oyundan sonra açıqlama verib:

 

"Old Trafford"a dönüşüm, bu stadionun nə üçün "Xəyallar teatrı" olduğunu açıq şəkildə göstərdi. Bu stadion mənim üçün hədəflədiyin hər şeyi qazanmaq üçün sehrli bir yerdir. Azarkeşlərin dəstəyini tribunlardan hiss edirik və bu ruhla yolumuza davam edəcəyik. "Mançester Yunayted"ə döndüyüm və yenidən Premyer Liqada meydana çıxdığım üçün qürurluyam".

Xəbər xətti