Azərbaycan yığmasında çıxış etmiş türkiyəli Premyer Liqamızda?

14:08 - 12 Sentyabr 2021

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq qapıçısı Mustafa Özhitay karyerasını ölkəmizdə davam etdirə bilər.

Sportal.az saytının məlumatına görə, Azərbaycanın U-21 yığmasında 5 rəsmi matçda meydana çıxmış Türkiyəəsilli qolkiper Premyer Liqamızda çıxış etmiş klublara təklif edilib.

Onun qışda, ən pis halda isə yayda Azərbaycan klublarından birinə keçəcəyi gözlənilir.

“Ulm” yetirməsi olan 25 yaşlı qapıçı hazırda Almaniya aşağı liqasında yarışan “Memmingen” klubunun qapısnı qoruyur.

Xəbər xətti