Krivotsyuk 90 dəqiqə oynadı, "Visla" məğlub oldu

22:22 - 13 Sentyabr 2021

Polşa Ekstraklasasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) “Qurnik” (Lençna) ilə qarşılaşıb və məğlub olub – 2:3.

 

Krivotsyuk start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

“Visla” 7 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti