Türkiyə millisi almaniyalı baş məşqçiyə tapşırılır

18:18 - 14 Sentyabr 2021

Türkiyə millisini almaniyalı mütəxəssis Ştefan Kunts çalışdıra bilər.

 

Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis İstanbulda federasiya rəhbərliyi ilə görüşüb və ilkin razılıq əldə edilib.

 

Kunts hazırda Almaniyanın U-23 yığmasını çalışdırır. O, Almaniya Futbol Federasiyası ilə müqaviləsini ləğv etməyə çalışacaq.

 

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş sentyabrın 10-da istefaya göndərilib.

Xəbər xətti