Bölgə klubu şəhid övladlarını unutmadı

20:31 - 15 Sentyabr 2021

"Turan Tovuz"un futbolçuları birinci divizionun ilk turu çərçivəsində bu gün baş tutan MOİK-lə oyuna şəhid övladları ilə çıxıb.

Sportal.az xəbər verir ki, 2-ci Qarabağ müharibəsinin iştirakçılarının ailə üzvləri və uşaqları bu görüşü canlı izləyib.

Tovuzda keçirilən oyun MOİK-in 2:0 hesablı qələbəsilə başa çatıb.

Xəbər xətti