"Bavariya"nın futbolçusu ürəyindən əməliyyat olundu

14:30 - 18 Sentyabr 2021

Fransa milli komandasının və “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman ürəyindən əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsman klubun rəsmi saytına açıqlamasında məlumat verib. O, fransalı vingerin ürəyində kiçik problemlərin olduğunu söyləyib.

 

Qeyd edək ki, Kinqsli Koman cari mövsümdə 4 matçda meydana çıxıb.

Xəbər xətti