Elmar Baxşıyev: "Komandanın potensialı bu deyil, daha yaxşı ola bilərik"

19:27 - 18 Sentyabr 2021

Premyer Liqanın 5-ci turunda "Səbail"i evdə 5:0 hesabı ilə məğlub edən "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:

 

“Oyunun çətin keçəcəyini bilirdik. Komandanı ağır matça hazırlamışdıq. Son iki mövsümdə “Səbail”lə ev görüşlərində qalib gələ bilməməyimiz komandaya əlavə motivasiya verirdi. Futbolçular verilən tapşırığı meydanda layiqincə yerinə yetirdilər. Omar Hani potensialının 50 faizini göstərir. Məşqdə də hiss edirik ki, hələ optimal formada deyil. Əlbəttə, öz formasına çatsa, daha yaxşı Omar görəcəyik.

 

İlk hissədə də komanda rahat oynayır, necə hücum etməyi bilirdi. Fasilədə bir neçə korrektə etdik, bəzi zonalara diqqəti artırdıq. İkinci yarıda futbolçularımız daha artığını göstərdi. Bu, komandanın potensialı deyil və daha yaxşı ola bilərik. İnanıram ki, oyun planında daha yaxşı olacağıq. Ülvi İsgəndərov lazımi anda oyunu gücləndirə biləcək futbolçudur. Sevindiricidir ki, komandaya fayda verə bilir. Yaovi Akakponun zədəsi ciddiyə bənzəyir, amma tibbi müayinədən sonra dəqiqləşəcək”. 

 

Xəbər xətti