Fərid Nəbiyevin komandası səfərdə uduzdu

10:22 - 20 Sentyabr 2021

Futbol üzrə Çexiya 2-ci divizionunda 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Brno” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

Fərid də bu görüşün iştirakçısı olub. O,  68-ci dəqiqəsində meydana buraxılıb.

 

Ardıcıl üçüncü məğlubiyyətinə üzülən “Viktoriya” 8 turdan sonra 7 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti