Son 60 ilin ən pis "Yuventus"u

12:01 - 20 Sentyabr 2021

"Yuventus" İtaliya A Seriyasında antirekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi cari mövsümün ilk 4 həftəsində qələbə qazana bilməyib. Bu, komandanın son 60 ildəki ən pis göstəricisidi. "Qoca Sinyora" 1961-1962-ci il mövsümünün ilk 4 həftəsində qələbə üzünə həsrət qalmışdı.

 

Qeyd edək ki, hazırda aktivində 2 xal olan "Yuventus" turnir cədvəlinin 18-ci pilləsindədi.

Xəbər xətti