Nazarov baş məşqçisiz qaldı

13:52 - 20 Sentyabr 2021

Azərbaycan millisinin keçmiş futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ersgebirge” klubu baş məşqçisi Aleksey Şpilevski ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı belaruslu mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

“Ersgebirge” cari mövsümdə II Bundesliqada 7 oyuna 3 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 

Xəbər xətti