Ayaz Quliyevin komandası səfərdə qələbə qazandı

20:05 - 20 Sentyabr 2021

Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Ayazın komandası bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.

 

Zədəli olan Quliyev bu görüşdə meydana çıxmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

“Arsenal” geridə qalan 8 turda 8 xal toplayıb və 16 kollektiv arasında 13-cüdür.

Xəbər xətti