"Fənərbaxça"nın hücumçusu komandaya qoşuldu

14:30 - 21 Sentyabr 2021

Türkiyənin "Fənərbaxça" klubunun hücumçusu Sərdar Dursun zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı forvard bu gün komanda ilə birlikdə məşqdə iştirak edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Vitor Pereyranın şans verəcəyi təqdirdə o, Super Liqanın 6-cı turunda "Giresunspor"la oyunda meydana çıxa bilər.

 

Qeyd edək ki, Sərdar Dursun Super Liqanın ilk turunun "Adana Dəmirspor"la matçında (1:0) zədələnmişdi.

Xəbər xətti