Namik Ələskərovun yeni baş məşqçisi açıqlandı

14:47 - 21 Sentyabr 2021

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi bu posta Özcan Bizatini gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bursa təmsilçisi 53 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb.

 

Özcan Bizati 2 gün əvvəl istefaya göndərilən Fatih Tekkeni əvəz edib.

 

Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Namik Ələskərov "Bursaspor"da çıxış edir.

Xəbər xətti